Siyasi məhbusa işgəncə verilməsi xəbəri ilə bağlı Pentensiar xidmətdən Açıqlama

Siyasi məhbusa işgəncə verilməsi xəbəri ilə bağlı Pentensiar xidmətdən Açıqlama
  • Sosial / Manşet

  • “Siyasi məhbusa hər gün işgəncə verilir. Qiyas İbrahimovu hər gün günəşin altında saxlayırlar”.

    Asiya.az xəbər verir ki, bu məlumatı siyasi məhbusun anası Şura Əmiraslanova yayıb:
    Bildirir ki, son günlər havaların isti keçməsi ilə vəziyyət daha da pisləşib. “Qiyasın həbsdə tez-tez hərarəti qalxır. Səbəb isə az qala hər gün başına gün vurmasıdır. Gündəlik yoxlama zamanı onu günün altında saxlayırlar. Yoxlama zamanı məhbusları 8 sıraya düzürlər. Sıraların 6-nın üstü qapalıdır, 2-si açıq. Qiyası həmişə məhz həmin açıq sıraya salırlar. Onun da başına gün döyür, halı pisləşir. Hər gün az qala 45 dərəcə istinin altında 200-ə yaxın məhbusu iki dəfə sayırlar. Əlaqədar orqanlara üzümü tutub deyirəm və tələb edirəm, o məhbuslar cinayətkar belə olsalar, bu xalqın övladlarıdır. Onları ora islah olunmaq üçün salmısınız, yoxsa Zahid Orucun təbirincə desək, mənən öldürmək üçün? Əgər elədirsə, biz buna razı olmayıb, hər cür mübarizəyə hazır olacağıq”.

    Məsələ ilə bağlı Bizimyol.info Ədliyyə Nazirliyi Pentensiar Xidmətin mətbuat xidməti ilə əlaqə saxlayıb. Qrumun mətbuat xidmətinin rəhbəri, polkovnik Mehman Sadıqov saytımıza açqlamasında siyasi məhbus anlayışının onlar üçün olmadığını, məhbusun anasının etdiyi şikayətin isə əsası olmadığını bildirib.

    “Bizim üçün siyası məhbus anlayışı yoxdur. Bütün məhbuslar bizim üçün eynidir. Hazırda havaların isti keçməsi ilə əlaqadar bütün məhbusların sayılması, yoxlanması o qadının dediyi kimi naves altında, kölgədə aparılır. Biz hər zaman çalışırıq ki, məhbuslar sağlam olsun, onların sağlamlığı bizim üçün əsasdır. Bu asasla bizim heç bir məhbusla qərəzimiz yoxdur. İqlimin məhbuslara pis təsir etməməsi üçün biz əlimizdən gələni edirik. O qadın bu barədə dəfələrlə şikayət edib, biz də təkzib vermişik ki, məlumat doğru deyil. Orda məhbusların sayılması maksimum 10 dəqiqə çəkir. Sırada dayanırlar və bizim bir neçə əməkdaşlar onları tez müddətə sayırlar. Təkrar edirəm məhbusların sayılma müddəti 10 dəqiqə çəkir. Ona görə də heç kimi günün altında saxlamırlar Bu şikayətin heç bir əsası yoxdur.”
    PAYLAŞ:

    Oxşar xəbərlər