3 yaşlı İsmayılı FHN yox, kənd sakinləri tapdı, atası mükafat verəcək - TƏFƏRRÜAT - VİDEO

3 yaşlı İsmayılı FHN yox, kənd sakinləri tapdı, atası mükafat verəcək - TƏFƏRRÜAT - VİDEO
  • Sosial

  • Xəbər verdiyimiz kimi, Xaçmaz rayonunun Nabran qəsəbəsində naməlum şəraitdə itkin düşən 3 yaşlı uşaq tapılıb.

    Asiya.az-ın APA TV-ə istinadən xəbərinə görə, 3 yaşlı İsmayıl Novruzov istirahət mərkəzlərindən birinin ərazisində çayın kənarında cəngəllikdən aşkarlanıb.

    Uşaq tapılandan sonra yaxınlıqda olan tibb məntəqəsinə aparılıb. Tibbi müayinə zamanı onun hər hansı probleminin olmadığı məlum olub. Bundan sonra azyaşlı valideynlərinə təhvil verilib.

    3 yaşlı İsmayılın ilk sözləri bu olub: “Yaxşıyam. Akula axtarırdım. Babamgil üçün darıxmışdım”.

    Uşağı ərazidən tapan şəxslər azyaşlının həmin an əynində paltar olmadığını deyiblər: “Biz axtarışa çıxdıq. Marağa dedik gedib baxaq. Uşağı çağırırdım. Bir dəfə cavab verdi. Aşağı düşə bilmədik. Aşağı düşüb kolların arasından keçib çayı keçdik. Qabaqda çayı keçdik o biri tərəfə. Çayda qışqırdıq, cavab vermədi. 30 dəqiqədən sonra Edik deyilən şəxs qışqırdı. Çayın içində qaçıb, gedib gördüm ki, uşaq onu qucağındadır. O dedi uşaq çayın içi ilə yuxarı çıxırdı. Bu mümkün deyil. Biz güclə çıxırdıq. Vəziyyəti yaxşı idi. Burdan yol yox idi ora keçməyə. “Mayak” tərəfə qayıdanda gördük uşağın səsi gəlir. Edikin qucağında idi, əynində heç nə yox idi. O çay belə axır, uşağın əks istiqamətdə getməsi mümkün deyil”.

    Xaçmaz Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri də ərazidə olublar. Faktla bağlı araşdırmalar aparılır.

    Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti də 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun tapılması barədə məlumat yayıb. Məlumatda bildirilir ki, uşaq axtarışların aparıldığı ərazidə sağ-salamat tapılaraq aidiyyəti üzrə təhvil verilib.

    Qeyd edək ki, naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Mi-17” helikopteri də cəlb olunmuşdu. Axtarışlar yaxınlıqdakı meşə ərazisində və dənizdə FHN-in Şimal Regional Mərkəzinin, Mülki Müdafiə Qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri tərəfindən aparılıb. Dövlət Sərhəd Xidmətinin kinoloqları və xüsusi təlim keçmiş itləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak ediblər.

    Hadisə şahildlərinin AZXEBER.COM-a verdiyi məlumata görə, 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunu Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tapmayıb: "Neçə saatdır ki, FHN bu ərazidə axtarış aparırdı, ancaq uşağı FHN yox, vidoeoda görünən kişi və gənc oğlan tapıb. Uşaq çox da uzağa gətməyib. Burada mayakın arxasında meşəlik var, çayın yanında kolluqdan tapıblar. Şükür Allaha ki, uşaq sağ-salamatdır".

    Şahidlərin dediyinə görə, uşağın atası övladını tapan kişiyə pul mükafatı verəcək: "Uşağın yaxınları dedi ki, İsmayılı tapan şəxsə hədiyyə və pul mükafatı verəcəklər".

    Asiya.az AZXEBER.COM-a istinadən İsmayıl Novruzovun ailəsinə təhvil verildiyi anın videosunu təqdim edir:



    PAYLAŞ:

    Oxşar xəbərlər