Bakıda atmosferi çirkləndirən şadlıq sarayları (SİYAHI)

Bakıda atmosferi çirkləndirən şadlıq sarayları (SİYAHI)
  • Sosial / Araşdırma

  • "Atmosferi tullantı ilə çirkləndirən bir sıra şadlıq sarayları barədə qəti tədbirlər görüləcək".

    Asiya.az "Report"a istinadən xəbər verir­ ki, bunu mətbuat kon­fransında Ekologiya v­ə Təbii Sərvətlər Naz­irliyinin mətbuat kat­ibi İradə İbrahimova ­deyib.

    O bildirib ki, nazirlik bir müddət əvvəl ictimai i­aşə obyektləri, şadlı­q evləri, restoran sahiblərinə xəbərdarlıq etmişdi: "Xəbərdarlıqda atmosferə atılan tüstü axınına görə obyekt sahiblərinə müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması üçün vaxt verilmişdi. Xəbərdarlığın müddəti başa çatdığından, yaxın günlərdə xəbərdarlığa əməl etməyən və yenə də atmosferi çirkləndirən "Xəmsə", "Oskar", "Oazis", "Millenium", "Sonalar sonası", "Xan qızı", "Dan ulduzu" və digər restoran, şadlıq sarayları barəsində qəti tədbirlərin görülməsinə və sanksiyaların tətbiqinə başlanılacaq".
    PAYLAŞ:

    Oxşar xəbərlər