Orxan Camalın qətlinin səbəbi məlum oldu - TƏFƏRRÜAT

Orxan Camalın qətlinin səbəbi məlum oldu - TƏFƏRRÜAT
  • Sosial / Manşet

  • Mərkəzi Afrika Respublikasında (MAR) sənədli film çəkən rusiyalı jurnalistlərə 10 nəfər hücum edib.

    Asiya.az xəbər verir ki, bununla bağlı “Radio Ndeke Luka” radiostansiyası məlumat yayıb.

    Bildirilib ki, Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenkoya hücum Sibuta yaxınlığında, saat 18:00-da törədilib.

    “Təhlükəsizlik qüvvələri artıq qaranlıq olduğu üçün onlara şəhərdən çıxmamağı tövsiyə edib. Ancaq onlar təkid ediblər”, - şəhərin rəsmisi Marselina Yoyoya deyib.

    Vaqnerin şəxsi hərbi şirkətinin fəaliyyəti ilə bağlı sənədli film hazırlayan 10 nəfərlik qrup MAR-a yollanıb. Çəkiliş qrupu təhlükəsizlik əməkdaşlarının xəbərdarlığına baxmayaraq saat 19:00-dan sonra Sibyunu tərk edib və qətl hadisəsi şəhərdən 23 km məsafədə törədilib.

    BMT-nin MAR-dakı nümayəndəliyindən bildirilib ki, öldürülən rusiyalı jurnalistlərin cəsədləri Sibuta şəhərindən 33 kilometr şimalda, avtomobildə aşkar edilib.

    Hücum əmmaməli, ərəbcə danışan şəxslər tərəfindən edilib və 3 jurnalist güllələnib. Sibyunun meri Andri Depelenin açıqlamasında bildirilir ki, hadisə zamanı sürücü sağ qalıb.

    Hücumun səbəbləri məlum deyil. İlkin ehtimala əsasən, bu, qarət olub.

    Vəziyyət şəxsən Rusiya xarici işlər naziri Sergey Lavrovun nəzarətindədir.

    Qeyd edək ki, Orxan Camal politoloq, yazıçı, filosof və şair Heydər Camalın oğlu idi.


    Orxan Camalın qətlinin səbəbi məlum oldu - TƏFƏRRÜAT
    PAYLAŞ:

    Oxşar xəbərlər