Aqil Ələsgər: “Yanlış anlaşılmaydı, bitdi”

Aqil Ələsgər: “Yanlış anlaşılmaydı, bitdi”
  • Sosial

  • İyulun 30-u axşam saatlarından etibarən ətrafla əlaqəsi kəsildiyi üçün barəsində heç bir xəbər əldə edilməyən "Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər artıq evindədir.

    Asiya.az Yenicag.az-a istinadən xəbər verir ki, təqribən sutka yarım ərzində haqqında hər hansı məlumat olmayan Aqil Ələsgər üzləşdiyi durumla əlaqədar narahatlıq keçirənlərə minnətdarlığını bildirib. Baş redaktor narahatlıq üçün əsas olmadığını deyib:

    "Yanlış anlaşılmadan dolayı belə bir vəziyyət yarandı və qısa müddətdə çözüldü. Diqqətinizə çatdırmaq istərdim ki, heç bir problem yoxdur.

    Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov başda olmaqla, mənə görə narahat olan, dəstəyini əsirgəməyən bütün dostlarımıza, həmkarlarımza təşəkkür edirəm.

    Bir daha qeyd edirəm ki, mənimlə bağlı hər hansı problem yoxdur. Biz hər zaman Azərbaycan dövlətinin, cənab Prezident İlham Əliyevin əsgəriyik. Dövlətimiz bizi harada görmək istəyərsə, orada şərəflə dövlətimizə xidmət edəcəyik.

    Hazırda evimdəyəm, sabahdan etibarən yenidən işimin başında olacam və fəaliyyətimi davam etdirəcəm”.
    PAYLAŞ:

    Oxşar xəbərlər