Anar Nağılbaz vəfat etdi - Anası təsdiqlədi-Yenilənib

Anar Nağılbaz vəfat etdi - Anası təsdiqlədi-Yenilənib
  • Sosial / Manşet

  • Azərbaycanda hip-hop musiqi janrının rep növünün banisi olan Anar Nağılbazın vəfatının bəzi təfərrüatları açıqlanıb.

    Hazırda repçinin evində olan telejurnalist İradə İsakın sözlərinə görə, Anar bu gün evə gəldikdən sonra halı pisləşib. Repçinin atası Rizvan Cəbiyev bildirib ki, o, yıxılıb, dili qatlanıb. Təcili yardım çağırıblar. Xəstəxanaya aparılanda isə yolda keçinib.

    ***

    Bu gün dünyasını dəyişən reper Anar Nağılbazın atası, keçmiş millət vəkili Rizvan Cəbiyev REAL-a açıqlama verib.

    Asiya.az xəbər verir ki, o, bildirib ki, Anar Nağılbaz evdə, valideynlərinin yanında dünyasını dəyişib.

    Rizvan Cəbiyev deyib ki, Anar Nağılbaz bir müddət əvvəl müalicə alıb: “Qara ciyəri iflas etmişdi”.

    ***

    Sosial şəbəkələrdə reper Anar Nağılbazın ölüm xəbəri yayılıb.

    Asiya.az xəbər verir ki, bu barədə Nazpəri Dostəliyevanın eks-prodüseri Mika Hüseyn yazıb. O, video paylaşaraq Nağılbazın 5 dəqiqə öncə keçindiyini qeyd edib.

    Anar Nağılbazın anası Şərqiyyə Cəbiyeva Oxu.Az-a açıqlamasında məsələni təsdiqləyib:

    “Bəli, oğlum rəhmətə gedib. Hazırda yuyurlar. Danışa bimirəm”.

    PAYLAŞ:

    Oxşar xəbərlər