Mehman Hüseynova ağır itki üz verdi- Bir neçə gün azadlıqda qalacaq- Yenilənib

Mehman Hüseynova ağır itki üz verdi- Bir neçə gün azadlıqda qalacaq- Yenilənib
  • Sosial

  • Həbsdə olan bloger Mehman Hüseynov anasının yas mərasimində iştirak edəcək.

    Asiya.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov "haqqin.az”a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu barədə Penitensiar Xidməti qərar çıxarıb.

    Verilən qərara görə, Mehman Hüseynov anası Firəngiz Hüseynovanın dəfn mərasimində iştirak edəcək. O, bir neçə gün azadlıqda qalacaq.

    Qeyd edək ki, Emin və Mehman Hüseynov qardaşlarının anası vəfat edib. Firəngiz Hüseynova avqustun 6-da gecə saat bir radələrində vəfat edib. Firəngiz Hüseynova iyulun 15-də ürək çatışmazlığı diaqnozu ilə Neftçilər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

    ***

    Həbsdə olan video-bloqer Mehman Hüseynovun anası vəfat edib.

    Asiya.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib.

    Belə ki, M.Hüseynovun anası 71 yaşlı Firəngiz Hüseynova bu gün dünyasını dəyişib.

    Xatırladaq ki, o, 3 həftə öncə intensiv ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

    Qeyd edək ki, bir neçə gün əvvəl M.Hüseynovun anası ilə görüşməsi üçün müraciət edilsə də, Penitensiar Xidmət rəhbərliyi bloqerin davranışlarını əsas gətirərək buna icazə verməmişdi.


    Mehman Hüseynova ağır itki üz verdi- Bir neçə gün azadlıqda qalacaq- Yenilənib
    PAYLAŞ:

    Oxşar xəbərlər