Asiya.az baku.ws-ə istinadən xəbər verir ki, hələ də paytaxtda gediş haqqı 20 qəpik olan avtobus xidmət göstərir.
Bu avtobus "Əhmədli” metrostansiyasının qarşısından Xəzər Univermağına qədər işləyir. Sürücülər gediş haqqının artmamasını onların xərclərinin stabil qalması ilə izah edirlər. Bildirirlər ki, yanacağın qiyməti bahalaşmayana qədər bu avtobuslarda gediş haqqı 20 qəpik olacaq.