Əbülfəs Qarayevə yeni vəzifə verildi — SƏRƏNCAM

Əbülfəs Qarayevə yeni vəzifə verildi — SƏRƏNCAM
  • Siyasət

  • Prezident İlham Əliyev YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

    Asiya.az xəbər verir ki, sərəncamla Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək olmaqdır. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən YUNESKO ilə sıx əməkdaşlıq münasibətləri qurmuş və təşkilatın fəaliyyətinə öz töhfəsini vermişdir. 2013-cü ildə YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Mühafizəsi üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi etmiş Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir YUNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilməkdədir.

    Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən Azərbaycan 2019-cu ildə bu mötəbər qurumun növbəti 43-cü sessiyasına ev sahibliyi etmək hüququ əldə etmişdir. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin YUNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.

    Sərəncamla YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu il 30 iyun–10 iyul tarixində Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılır:

    Təşkilat Komitəsinin sədri

    Azərbaycan Respublikasının mədəniyyət naziri

    Təşkilat Komitəsinin üzvləri

    Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

    Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini

    Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

    Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

    Azərbaycan Respublikası təhsil nazirinin müavini

    Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

    Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

    Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
    Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti rəisinin müavini

    Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini

    Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini

    Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

    Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Müşahidə Şurasının sədri

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri

    Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəsi

    Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə Səfiri, YUNESKO üzrə Milli Komissiyasının Baş katibi

    Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini

    Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri

    “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri

    “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti

    Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini.

    2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsi 2019-cu ildə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirsin.

    3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
    PAYLAŞ:

    Oxşar xəbərlər