Arıqlamaq və ya kökəlmək üçün bunları edin - Dietoloq məsləhəti

Arıqlamaq və ya kökəlmək üçün bunları edin - Dietoloq məsləhəti
  • Maraqlı / Araşdırma

  • Tanınmış dietoloq Leyla Zülfüqarova arıqlamaq və ya kökəlmək istəyənlərlə bağlı resepti açıqlayıb.

    Asiya.az azxeber.com-a istinadən xəbər verir ki, dietoloq deyib ki, 10 kiloqrama qədər arıqlamaq üçün dietoloqa müraciət etmək mütləq deyil, sadəcə düzgün qidalanmaq lazımdır:

    O bildirib ki, 10 kiloqramdan çox arıqlamaq istəyənlər dietoloqa müraciət etməlidir: "Artıqçəkili şəxslər arıqlamaq üçün bir sıra üsullardan istifadə edirlər - idmanla məşğul olurlar, müxtəlif preparatları, həbləri sınayırlar. Arıqladıcı vasitələr, kokteyllər və dərmanları köklükdən əziyyət çəkənlərə məsləhət görmürəm. Əgər bir insanın 5-7 kiloqram artıq çəkisi varsa, ev şəraitində idmanla məşğul olmaqla, həqiqi mütəxəssislərin media vasitəsilə tövsiyələrindən yararlanmaqla öhdəsindən gələ bilər. Lakin artıq çəki 10 kiloqramdan çoxdursa, mütəxəssisə müraciət edilməsi daha məqsədəuyğundur.

    Leyla Zülfüqarova, həmçinin kökəlməyə ehtiyacı olan insanlara da xüsusi proqramlar vasitəsilə yardım edildiyini bildirib.

    O, vurğulayıb ki, bu zaman qətiyyən həmin şəxsin orqanizminə yağ toplanmır, əksinə olaraq pasiyent əzələ əldə edərək çəkisini artırır. Həkim-diyetoloq hamilə və uşaq əmizdirən qadınların kökəlməməsi üçün də xüsusi proqram olduğunu qeyd edib.

    Tanınmış dietoloqun Türkiyənin məşhur SHOW TV telekanalındakı çıxışını təqdim edirik.

    O veriliş zamanı kökəlmək və arıqlamaq reseptini verir:

    Dietoloqla əlaqə üçün profil: http://instagram.com/dietoloqleylazulfuqarli

    PAYLAŞ:

    Oxşar xəbərlər