Sabahın hava proqnozu: temperatur yüksələcək

Sabahın hava proqnozu: temperatur yüksələcək
  • Sosial

  • Sabah Azərbaycan ərazisində gözlənilən hava proqnozu açıqlanıb.

    Asiya.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 16-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-24, gündüz 26-31, Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-65 faiz təşkil edəcək.

    Avqustun 16-da Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək.

    Azərbaycanın rayonlarında avqustun 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 19-24, gündüz 29-34 isti, dağlarda gecə 10-15, gündüz 18-23 dərəc isti təşkil edəcək.

    Tibbi-meteoroloji proqnoza görə, avqustun 16-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
    PAYLAŞ:

    Oxşar xəbərlər