Mehman Hüseynovun məhkəməsinin vaxtı bəlli oldu

Mehman Hüseynovun məhkəməsinin vaxtı bəlli oldu
  • Sosial

  • Həbsdə olan video bloqer Mehman Hüseynovun vaxtından əvvəl azadlığa çıxmaq üçün etdiyi müraciətlə bağlı məhkəməsinin vaxtı bəlli olub.

    Asiya.az-ın "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, M.Hüseynovun ərizəsinə avqustun 24-də Qaradağ rayon Məhkəməsinin hakimi Rəşad Məmmədovun sədrliyi ilə baxılacaq.

    Hazırda 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan M.Hüseynov avqustun 10-da bu barədə ərizə yazaraq müdafiəçisi vasitəsilə məhkəməyə təqdim edib. O, ərizəsində cəzasının çəkilməmiş hissəsindən azad edilməklə şərti formada azadlığa buraxılmasını istəyib.

    M.Hüseynov böhtan atmaqda təqsirli bilinərək Suraxanı rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər