Salyandakı hadisə ilə bağlı şok təfərrüat: “Əvvəl dayım qızını almışdı, indi də xalam qızını…”

Salyandakı hadisə ilə bağlı şok təfərrüat: “Əvvəl dayım qızını almışdı, indi də xalam qızını…”
  • Sosial

  • Salyan rayonunun Qaraçala qəsəbəsində gəlin toydan bir gün qabaq, el arasında “ciyər axşamı” deyilən mərasim axşamı başqa şəxsə qoşularaq qaçıb.
    Vəziyyəti belə görən oğlan evi, toya dəvət etdiyi qonaqların yanında başıaşağı olmamaq üçün bir neçə saat ərzində başqa gəlin taparaq, evinə gətirib.

    Space TV-yə danışan bəyin dayısı qızı Rza adlı oğlanın qaçırdığını bildirib.

    “Həmin oğlan 2-3 il bundan əvvəl mənim dayım qızını almışdı. 2 il ailəli olduqdan sonra dayım qızı acıq eləyib atası evinə qayıtdı. Hələ boşanmayıblar. İndi də xalam qızını qaçırdı”.

    Bəyin dayısı deyir ki, yaranmış vəziyyətə görə məhkəməyə müraciət edəcək, səbəb isə baş vermiş hadisəyə görə düşdükləri ziyandır. (Oxu.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər