İlham Əliyev 1 sərəncam, 2 fərman imzaladı

İlham Əliyev 1 sərəncam, 2 fərman imzaladı
  • Siyasət / Manşet

  • Prezident İlham Əliyev Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üçün yaradılmış Komissiyanın fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Asiya.az sərəncamın mətnini təqdim edir:

    “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1288) aşağıdakı dəyişikliklər edilsin:

    1.1. 1-ci hissədə “Komissiya” sözü “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya” sözləri ilə, “İnam Kərimov” sözləri “Ülvi Mehdiyev” sözləri ilə, “Elxan Mikayılov – Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi xidmətinin sektor müdiri” sözləri “Azərbaycan Respublikası Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin nümayəndəsi” sözləri ilə əvəz edilsin;

    1.2. 2.1-ci bənddən “bu Sərəncamın 1-ci bəndində qeyd olunan dövlət qurumlarının hər birindən bir nümayəndə olmaqla, on gün müddətində” sözləri çıxarılsın;

    1.3. 3.1-ci bənd ləğv edilsin.

    2. “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

    3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    3.4. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın fəaliyyəti ilə bağlı internet portalının beş ay müddətində yaradılmasını təmin etsin;

    3.5. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın müraciəti əsasında müvafiq maliyyələşmənin həyata keçirilməsini təmin etsin;

    3.6. bu Sərəncamın 3.4-cü bəndində nəzərdə tutulmuş internet portalının yaradılması ilə bağlı maliyyələşmənin təmin edilməsi üçün müvafiq tədbirlər görsün;

    3.7. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

    4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

    ***

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

    Fərmanda deyilir:

    “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

    1. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 258, № 12, maddə 1058; 2009, № 2, maddə 75, № 7, maddə 532, № 8, maddə 618, № 10, maddə 776; 2010, № 2, maddə 88, № 7, maddə 610, № 8, maddə 717, № 9, maddə 770; 2011, № 4, maddə 282, № 10, maddə 891; 2012, № 8, maddə 787; 2013, № 9, maddə 1046, № 11, maddələr 1321, 1339; 2014, № 2, maddə 122, № 9, maddələr 1027, 1062; 2015, № 2, maddə 121, № 5, maddələr 521, 543, № 9, maddə 989; 2016, № 2 (II kitab), maddə 228, № 3, maddə 470, № 5, maddələr 869, 879, № 9, maddə 1464, № 10, maddə 1643, № 11, maddə 1816; 2017, № 2, maddələr 173, 185, № 5, maddələr 776, 817, № 8, maddə 1521; 2018, № 2, maddə 189, № 3, maddə 449, № 4, maddələr 662, 682) ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

    1.1. 6.17-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.18-ci bənd əlavə edilsin:

    “6.18. “E-qeyri-rezident”.”;

    1.2. aşağıdakı məzmunda 7.2-1-ci bənd əlavə edilsin:

    “7.2-1. “Qeyri-rezidentlər”;”;

    1.3. 10-cu hissədə “sistemi ilə və” sözləri “sistemi,” sözü ilə əvəz edilsin və “ASAN Viza” sistemi” sözlərindən sonra “və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “www.azexport.az” internet portalı” sözləri əlavə edilsin;

    1.4. aşağıdakı məzmunda 10.4-cü bənd əlavə edilsin:

    “10.4. “www.azexport.az” internet portalı ilə inteqrasiya prosesində mübadilə edilən məlumatlar aşağıdakılardır:

    10.4.1. sistemə təqdim olunan məlumatlar:

    10.4.1.1. elektron imza verilməsi barədə müraciət etmiş xarici ölkədə yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin, xarici ölkədə daimi yaşayan və Azərbaycan Respublikasının konsulluqlarında uçotda olan Azərbaycan Respublikası vətəndaşlarının (qeyri-rezidentlərin) şəxsiyyətini təsdiq edən sənədin fotoşəkil olan səhifəsinin skan edilmiş surəti;

    10.4.1.2. müraciəti qeyri-rezidentin nümayəndəsi etdikdə, qeyri-rezident adından çıxış etmək səlahiyyəti olan şəxsə verilən etibarnamənin skan edilmiş surəti;

    10.4.1.3. elektron imza sertifikatının verilməsi və ya verilməsindən imtina edilməsi (“virtual FİN”in ləğv edilməsi) haqqında;

    10.4.2. sistem tərəfindən təmin olunan məlumatlar:

    10.4.2.1. qeyri-rezidentə verilən “virtual FİN” haqqında;”;

    1.5. 11.12-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 11.13-cü bənd əlavə edilsin:

    “11.13. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi – operatoru olduğu “www.azexport.az” internet portalının fəaliyyətinin təmin olunması ilə bağlı xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqələri üzrə məlumatlar.”;

    1.6. 12.13-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 12.14-cü bənd əlavə edilsin:

    “12.14. “E-qeyri-rezident” altsistemi:

    12.14.0. altsistem aşağıdakı işlərin həyata keçirilməsini təmin edir:

    12.14.0.1. qeyri-rezidentlərin elektron imza verilməsi barədə müraciətlərinin qəbul və təhlil edilməsi;

    12.14.0.2. qeyri-rezidentlərə “virtual FİN” verilməsi və “virtual FİN” verilmiş qeyri-rezidentlərin reyestrinin aparılması;

    12.14.0.3. qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi və elektron imza sertifikatlarının reyestrinin aparılması.”.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

    ***

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

    Fərmanda deyilir:

    “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 may tarixli 32 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:

    Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2328; 2018, № 5, maddə 897) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”nin 4.4.8-ci yarımbəndində “dərəcələrini” sözü “dərəcələrinin yuxarı həddini” sözləri ilə əvəz edilsin”.
    PAYLAŞ:

    Oxşar xəbərlər