Mikayıl Cabbarov faciəvi şəkildə ölən alpinistin qardaşını işdən çıxartdı

Mikayıl Cabbarov faciəvi şəkildə ölən alpinistin qardaşını işdən çıxartdı
  • Sosial

  • Vergilər naziri Mikayıl Cabbarov Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru Cəbrayılov Fərid Zəbiyulla oğlunu tutduğu vəzifəsindən azad edib.

    Asiya.az bildirir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, Mikayıl Cabbarov bununla bağlı müvafiq əmr imzalayıb. Sözügedən vəzifənin icrasını isə nazir müavini İlkin Vəliyev müvəqqəti icra edir.

    Xəbəri Vergilər Nazirliyindən Unikal.org-a təsdiqləyiblər.

    İşdən çıxarılan Fərid Cəbrayılov sabiq Vergilər naziri Fazil Məmmədovun yaxın kadrı olub.

    Qeyd edək ki, Fərid Cəbrayılov faciəvi şəkildə həyatını itirən alpinist Fəridə Cəbrayılzadənin qardaşıdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər