Bakıda marşrut sürücüsü avtobusu yatmış halda idarə edir - VİDEO

Bakıda marşrut sürücüsü avtobusu yatmış halda idarə edir - VİDEO
  • Sosial

  • Azərbaycanda sükan arxasında yuxulayan sürücü ölümdən döndü.

    İnterpress.az xəbər verir ki, hadisə paytaxt küçələrində hərəkətdə olan sərnişin avtobusunda qeydə alınıb. Belə ki, 39 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda sərnişinlərin həyatı təhlükəyə atılıb.

    Hərəkətdə olan zaman sükan arxasında mürgüləyən sürücü yuxuya gedib. Bu zaman içərisi sərnişinlərlə dolu olan nəqliyyat vasitəsi paytaxt küçələrində sürücüsü yatmış halda hərəkət edib.

    Görüntülər avtobusun içərisində olan sərnişinlərin biri tərəfindən lentə alınıb. Sosial medianın gündəmini zəbt edən bu görüntülər ictimaiyyətdə birmənalı qarşılanmayıb.

    Bəziləri sürücünü insanların həyatını təhlükəyə atmaqda ittiham etsələr də, digər qisim isə bütün sutka işləyən sürücüyə yorğun olduğuna görə haqq qazandırıblar.

    Maraqlısı odur ki, görüntüləri lentə alan sərnişin də bəzilərinin qəzəbinə tuş gəlib. İctimaiyyətdə hadisəni videoya çəkən sərnişin də ittiham olunub. Bildirilib ki, sərnişin yatmış sürücünü lentə almaq əvəzinə onu yuxudan ayıltsa idi, daha yaxşı olardı. Buna görə də, bəziləri sürücünün yatması isbat olunduğu təqdirdə hadisəni lentə alan sərnişinin də cinayət məsuliyyəti cəlb olunmasını bildiriblər.


    PAYLAŞ:

    Oxşar xəbərlər