Çay evində atəş açan avtoritetlərlə bağlı – Yeni xəbər

Çay evində atəş açan avtoritetlərlə bağlı – Yeni xəbər
  • Hadisə

  • Gəncə şəhərində silahlı insident törətməkdə təqsirli bilinən Namiq Kərimov və Edqar Nəsirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Asiya.az teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqının başlanıldığı elan edilib.

    İttihama görə, ötən il oktyabrın 25-də, axşam saatlarında Gəncədə silahlı insident olub.

    Saat 22 radələrində Gəncə şəhərindəki çay evlərindən birində şəhər sakinləri, əvvəllər məhkum olunmuş Qurban Qurbanov və Tural Əliyevlə həmyerliləri, əvvəllər məhkum olunmuşlar Edqar Nəsirov və Namiq Kərimov arasında mübahisə baş verib.

    Bu zaman Edqar Nəsirov tapançadan Qurban Qurbanova atəş açmaq istədiyindən sonuncu ona bıçaqla xəsarət yetirib.

    Namiq Kərimov tüfəngdən bir dəfə atəş açıb, amma xəsarət alan olmayıb.

    Sonradan Namiq Kərimov xəsarət alan Edqar Nəsirovu xəstəxanaya aparmaq məqsədilə çay evindən çıxaraq oradan keçən Kəpəz rayon Polis İdarəsinin xidmətdən kənar vaxtı mülki geyimdə olan əməkdaşı Allahverdi Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobili saxlayıb, onları xəstəxanaya aparmalarını tələb edib.

    Polis əməkdaşı yolda xəsarət alanı xəstəxanaya, onu isə Polis İdarəsinə aparacağını bildirib.

    Bu zaman Namiq Kərimov tüfənglə onu hədələyib və maşından nəqliyyat vasitəsindən düşərək qaçıb.

    Xəstəxanaya yerləşdirilən Edqar Nəsirova vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

    Gəncə Şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb.

    Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Qurban Qurbanov “Sınıq körpü” sərhəd-keçid məntəqəsində tutulub.

    Silahlı insidentin iştirakçıları kriminal avtoritet olduqları bildirilir.

    İstintaq araşdırması zamanı Namiq Kərimov və Edqar Nəsirov bu cinayət işi üzrə təqsirləndirilən şəxs, Qurban Qurbanov və Tural Əliyev zərərçəkmiş şəxs qismində tanınıb.

    İstintaq orqanı tərəfindən Namiq Kərimov və Rdqar Nəsirova qarşı Cinayət Məcəlləsinin 29, 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.10-cu (təkrar adam öldürməyə cəhd), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz silah gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham elan edilib.

    Bu cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Qurban Qurbanov və Tural Əliyevin barəsində cinayət işi ayrıca icraata götürülüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər