İlham Əliyev 2 sərəncam imzaladı

İlham Əliyev 2 sərəncam imzaladı
  • Siyasət / Manşet

  • İlham Əliyev Oğuz rayonunun Bucaq–Muxas–Baş Daşağıl avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Asiya.az sərəncamın mətnini təqdim edir:

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. Dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Bucaq–Muxas–Baş Daşağıl avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,4 milyon (doqquz milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

    2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

    3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    ***

    İlham Əliyev 2018/2019-cu tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

    1. 2018/2019-cu tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş aşağıdakı tələbələrə Prezident təqaüdü verilsin:

    Abbaslı Ülvi İlqar oğlu

    Abbasov Bəxtiyar Nazir oğlu

    Abbasov Hikmət Əhməd oğlu

    Abdullayeva Nilufər Vahid qızı

    Abiyev Anar Mərhəmət oğlu

    Abiyev Rəmzi İlqar oğlu

    Ağayev Ramil Şahin oğlu

    Aslanlı Fəyyaz Eldəniz oğlu

    Aşirov Aslan Cümşüd oğlu

    Babayeva Məryəm Elşad qızı

    Balakişiyeva Elnarə Vitaliy qızı

    Balakişiyeva Nərmin Arzuman qızı

    Balayev Altun Cəmşid oğlu

    Bayramova Əsra Elçin qızı

    Cahangirova Selcan Tərlan qızı

    Cəfərova Fidan Zaur qızı

    Cəlilov Zaur Cabir oğlu

    Dadaşev Əbdülağa Etibar oğlu

    Dadaşov Ayxan Güləddin oğlu

    Əhədova Nərmin Cəmşid qızı

    Əhmədli Kamran İlham oğlu

    Əhmədov Ayxan Şakir oğlu

    Əhmədova Leyli Əhməd qızı

    Əhmədzadə Hacıəhməd Vüqar oğlu

    Əhmədzadə Maya Əli qızı

    Ələkbərova Vüsalə Azad qızı

    Ələsgərov Qurban Sərvər oğlu

    Əliyev Əbdülhüseyn Telman oğlu

    Əliyeva Arzu Əhməd qızı

    Əliyeva Rəna Məmmədağa qızı

    Əsədov Vasif Hikmət oğlu

    Əsgərli Əli Tahir oğlu

    Əzizli Əzim Sevindik oğlu

    Fərzəliyev Xəyal Vüqar oğlu

    Fətəli Sara Ceyhun qızı

    Fətəliyev Ağamirzə Əliyar oğlu

    Göyçayeva Xanım Şahin qızı

    Hacıyev Millət Xaliq oğlu

    Haşımzadə Cahan Vüqar qızı

    Heydərov Firuddin Hicran oğlu

    Həsənov Ülvi Araz oğlu

    Həsənova Şayxanım Aydın qızı

    Həsənzadə Lalə Yaşar qızı

    Hüseynli Əfsanə Gündüz qızı

    Hüseynova Səmra Hüseyn qızı

    Hüseynzadə Məmməd Yaşar oğlu

    Xəlil Yusuf Vüqar oğlu

    Xəlilli Ramil Hikmət oğlu

    Xəlilova Aytən Vüqar qızı

    İbrahimli Ramazan Rahib oğlu

    İbrəhimov Heydər Hidayət oğlu

    İmanov Fail Rahət oğlu

    İsayev Vasif Vüqar oğlu

    İsmayıllı Xalid Rüstəm oğlu

    İsmayılova Nərmin Etibar qızı

    İsmayılzadə Gülgün Amil qızı

    Kəngərli Zöhrə Azər qızı

    Kərimxanov Anar Azad oğlu

    Kərimli Elvin Eyvaz oğlu

    Qarayev Rüstəm Babək oğlu

    Qasımov Elnur Mayil oğlu

    Qasımova Ləman Eldar qızı

    Qədirli Şəkər Nail qızı

    Quluzadə Zeynəb Malik qızı

    Qurbanova Banuçiçək Kamil qızı

    Mehdizadə Sona Ağəmi qızı

    Məhəmmədli Kənan Nizaməddin oğlu

    Məhərrəmli Fərzalı İslam oğlu

    Məhərrəmli Tapdıq Məsud oğlu

    Məlikzadə Röya Fərhad qızı

    Məmmədli Selcan Mahil qızı

    Məmmədov Elvariz Rza oğlu

    Məmmədov Fərid Vaqif oğlu

    Məmmədov İlqar Oktay oğlu

    Məmmədov Tural Ramiz oğlu

    Məmmədova Aytac Abuzər qızı

    Məmmədova Nüşabə Vəli qızı

    Məmmədova Səyalı Mehman qızı

    Məsimova Aytac Rizvan qızı

    Miriyeva Seyidnisə Cəfərağa qızı

    Mirtalıbova Röya Mirtaleh qızı

    Museyibzadə Eltun Elşən oğlu

    Mustafayev Anar İsmət oğlu

    Nəbiyev Şəmsur İlqar oğlu

    Nəbizadə Şəbnəm İlham qızı

    Nəsirli Turqay Mənaf oğlu

    Ömərbəyli Tərlan Ağamurad oğlu

    Rəcəbli Nicat Elçin oğlu

    Rəcəbova Jalə Süleyman qızı

    Rəhimli Ələkbər Rüstəm oğlu

    Rüstəmov Elvin Ramiz oğlu

    Rüstəmova Ləman Rüstəm qızı

    Rzayeva Nəzrin Ramin qızı

    Sarıyeva Elnarə Vidadi qızı

    Sultanlı Xəyyam Hikmət oğlu

    Tağıyeva Nərmin Ceyhun qızı

    Təhməzova Leyla Elçin qızı

    Yaqubov Ənvər Ədalət oğlu

    Yaqubov Tahir Taleh oğlu

    Zamanlı Elgün Famil oğlu

    Zeynallı Azər Samir oğlu

    Zeynalova Zübeydə Həsən qızı.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
    PAYLAŞ:

    Oxşar xəbərlər