Azərbaycanın daha bir universitet bağlanır: tələbələr köçürülür (AÇIQLAMA)

Azərbaycanın daha bir universitet bağlanır: tələbələr köçürülür (AÇIQLAMA) Bakı İslam Universiteti bağlanır.

Asiya.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.

"Mənə verilən məlumata görə, Bakı İslam Universiteti fəaliyyətini dayandırır. Tələbələri topladıqları ballara uyğun olaraq digər universitetlərə köçürüləcəklər.Aldığım məlumata görə artıq bu il birinci kursa qəbul olan tələbələr artıq köçürülüb" deyə ekspert bildirib.

Qeyd edək ki, ölkədə İlahiyyat Universiteti yarandığı üçün bu addımın atıldığı bildirilir.

Bakı İslam Universiteti təhsil müəssisəsinin bağlanması ilə bağlı yayılan xəbərlər münasibət bildirib.

Universitetdən Qaynarinfo-ya verilən açıqlamada qeyd edilir ki, universitet fəaliyyətini tam olaraq dayandırmayıb:

"Universitet tamamilə bağlanmayıb. Sadəcə bu il qəbul olunan tələblər Dövlət İmtahan Mərkəzi tərəfindən başqa ali məktəblərə köçürülüb. Digər kursların tələbələri isə təhsilinə davam edəcək. Universitetin fəaliyyətini tamamilə dayandırması hələ qeyri-müəyyəndir. Növbəti 3-4 il ərzində təhsil müəssisəsi fəaliyyətini davam etdirəcək".

"Bakı İslam Universitetinə bu il daxil olan 139 tələbə digər ali məktəblərə köçürülür".

Bunu Qaynarinfo-ya açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib.

"Nazirlər Kabineti tərəfindən DİM-ə müraciət olunub ki, Bakı İslam Universitetinin 1-ci kursuna daxil olan tələbələr (139 tələbə) digər ali təhsil müəssisələrinə yerləşdirilsinlər. Ona görə də DİM tərəfindən həmin tələbələr dəvət olunub və hazırda onların topladıqları bala müvafiq olaraq digər ali məktəblərə yerləşdirilməsi işi həyata keçirilir".

DİM rəsmisi növbəti illərdə Bakı İslam Universitetinə tələbə qəbulunun aparılıb-aparılmayacağı məsələsinə də münasibət bildirib. O, bunun Nazirlər Kabinetinin səlahiyyətində olduğunu və bunun onların qərarından asılı olacağını bildirib.

Oxşar xəbərlər