Balaca gimnast – Mina Abbasovanın Xorvatiyada böyük qələbəsi- Fotolar

Balaca gimnast – Mina Abbasovanın Xorvatiyada böyük qələbəsi- Fotolar
  • Sosial / İdman

  • 28-30 sentyabr tarixlərində Xorvatiyanın Zadar şəhərində Xorvatiya Bədii Gimnastika Federasiyasının dəstəyi ilə Bədii Gimnastika üzrə Beynəlxalq “Sirena kuboku – 2018” yarışı keçirilmişdir.

    Asiya.az xəbər verir ki, yarışda ev sahibi Xorvatiya ilə yanaşı, Macarıstan, Ukrayna, Çexiya, Slovakiya, Sloveniya, Bolqarıstan, Avstriya və digər ölkələrin 30-dan çox klubu mübarizə aparıb. Bu turnirdə Azərbaycanı həmyerlimiz, 8 yaşlı gimnast - Mina Abbasova təmsil edib. Böyük rəqib ordusunun olmasına baxmayaraq o, gimnastlar arasında fərdi yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa nail olub. Belə ki, istedadlı gimnastımız tam xal hesabı ilə birinciliyi əldə edərək bu ay ərzində 3-cü qızıl medalını qazanıb. Belə ki, 8 yaşlı çempion bu ay Polşada keçirilən yarışlarda da Azərbaycanı təmsil edib və 2 qızıl, 1 gümüş medal qazanıb.

    Qeyd edək ki, Mina Abbasova artıq 3 ildir ki, Budapeşt şəhərində fəaliyyət göstərən, Beynəlxalq kateqoriyalı hakim Lyubov Bernat ve Inga Mackusun rəhbərlik etdiyi “Rus RG Sport” klubunun üzvüdur. O, 5 yaşından başlayaraq iştirak etdiyi beynəlxalq yarışlarda valideynlərinin işi ilə bağlı müvəqqəti yaşadığı ölkəni – Macarıstanı təmsil etsə də, bu ilin avqustundan etibarən Budapeştdə keçirilən XVII ənənəvi “Gracia” kuboku turnirindən başlayaraq Azərbaycan bayrağı altında çıxış edir. Balaca qəlbində böyük vətən sevgisi daşıyan, istedadlı gimnastımız Mina Abbasovanın arzu-istəyini, qazandığı uğurları nəzərə alaraq, yarışlarda Azərbaycanı təmsil etməsi üçün ona icazə veriblər.


    Balaca gimnast – Mina Abbasovanın Xorvatiyada böyük qələbəsi- Fotolar
    Balaca gimnast – Mina Abbasovanın Xorvatiyada böyük qələbəsi- Fotolar
    PAYLAŞ:

    Oxşar xəbərlər