İcra başçısını güllələyən Yunis Səfərovun vəkili işindən uzaqlaşdırıldı

İcra başçısını güllələyən Yunis Səfərovun vəkili işindən uzaqlaşdırıldı
  • Sosial

  • Xəbər verdiyimiz kimi, iyul ayının 3-də, saat 20:30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan atəş açılıb. İcra başçısı və mühafizəçisinə atəş açan şəxs 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərovdur. Y.Səfərov polis tərəfindən zərərsizləşdirilərək həbs edilib.

    BiG.AZ Yunis Səfərovun işindəki yeniliklə bağlı onun vəkili Elman Ağayevlə əlaqə saxlayıb.

    O, bununla bağlı vəkili Elçin Sadıqovla əlaqə saxlamağımızı istəyib.

    Vəkil Elçin Sadıqov isə Big.az-a açıqlamasında sentyabrın 5-də prokurorun göstərişi ilə Yunis Səfərovun işindən uzaqlaşdırıldığını bildirib: "Prokurorluq iddia etdi ki, guya mən Yunis Səfərovu öyrətmişəm ki, işgəncə barəsində ifadə versin. Bundan sonra Yunis Səfərov bu barədə ifadə verib. Bu barədə Baş Prokurorluq Vəkillər Kollegiyasına şikayət göndərib”.
    PAYLAŞ:

    Oxşar xəbərlər