Fəhlələrin ölmü ilə bağlı RƏSMİ MƏLUMAT

Fəhlələrin ölmü ilə bağlı RƏSMİ MƏLUMAT
  • Olay

  • FHN Göygöldə baş verən qəza ilə bağlı məlumat yayıb.

    Asiya.az FHN-ə istinadən xəbər verir ki, Göygöl rayonunda "Shacman” markalı yük avtomobili 2 nəfərin üzərinə aşıb.

    Hadisə yerinə cəlb olunmuş Gəncə Reqional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yük avtomobilinin altında sıxılmış vəziyyətdə qalmış 1967-ci il təvəllüdlü Verdiyev Niyazi Mircəfər oğlunun və 1966-cı il təvəllüdlü İmanov Elman Saleh oğlunun meyitlərini nəqliyyat vasitəsinin altından çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

    Qeyd edək ki, rayonun təmizlik idarəsinə məxsus yük maşınının aşması nəticəsində 2 nəfər avtomobilin altında qalaraq ölüb. Daha 2 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

    Meyitlərin yük maşınının altından çıxıarılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər