Lotu Quli buna görə həbs edildi, Azərbaycana göndərilir - ŞOK FAKTLAR (YENİLƏNDİ)

Lotu Quli buna görə həbs edildi, Azərbaycana göndərilir - ŞOK FAKTLAR (YENİLƏNDİ)
  • Hadisə

  • "Habertürk" xəbər verir ki, Nadir Səlifov izahatı alındıqdan sonra Azərbaycana göndəriləcək.

    ***

    Nadir Səlifov Türkiyə Cinayət hüququnun iki maddəsi üzrə sorğulanır.

    "Milliyet" xəbər verir ki, birincisi, iki il əvvəl Rövşən Caniyevin qətlində onun əlinin olub-olmaması ilə bağlıdır.

    İkincisi, onun Rusiyada axtarışda olması, Rusiya bazarlarında işləyən azərbaycanlılardan pul toplaması ilə bağlıdır.

    ***

    Səlifovun telekonfransla Rusiyadakı iş adamlarından xərac aldığı iddia edilib.

    Rembler.ru saytının yaydığı məlumata görə isə, Türkiyədəki qanuni oğru Rusiyadan xərac toplayır. Onun Rusiyanın Kalujsk bölgəsində topdan satışla məşğul olan iş adamlarından xərac aldığı iddia edilib. Səlifovun iş adamlarından telekonfransla xərac topladığı bildirilib.

    Lotu Quli haqqında həbs qəti imkan tədbiri seçilməyib, sadəcə, ondan izahat alınır. Yetərli dəlil olmadığı təqdirdə sərbəst buraxılacaq, əks halda məhkəməyə çıxarılacaq.

    ***

    İstanbulda gerçəkləşdirilən əməliyyatda Lotu Quli (Nadir Səlifov) həbs edilib.

    "Hürriyət" xəbər verir ki, Lotu Quli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin İstanbulda təşkil etdiyi əməliyyat nəticəsində saxlanılıb. O, nəzarət altına alınıb və ifadəsi alınması üçün polis idarəsinə gətirilib. (Publika.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər