Prezident və xanımı açılışlarda iştirak edib (YENİLƏNİB/FOTOLAR)

  • Siyasət / Manşet

  • Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan 92 kilometr uzunluğundakı yol 1B texniki dərəcəyə uyğun olaraq inşa edilir.

    Asiya.az xəbər verir ki, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Quba rayonuna səfər çərçivəsində avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olublar.

    İlham Əliyev daha sonra Quba rayonunun İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun açılışında iştirak edib. Dövlət başçısı 11 yaşayış məntəqəsini birləşdirən və uzunluğu 33 kilometr olan yolun rəmzi açılışını bildirən lenti kəsib.

    Bu gün həmçinin Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-luq "Yeni Yaşma” Külək Elektrik Parkının açılışı olub. İlham Əliyev və Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlət başçısı Külək Elektrik Parkının rəmzi açılışını bildirən lenti kəsib.

    ***

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tingçilik müəssisəsi ilə tanış olublar.

    Dövlət başçısı və xanımı elmi-tədqiqat institutunun əsaslı təmir olunmuş binasında yaradılan şəraitlə maraqlanıblar.

    Dövlət başçısı və xanımı həmçinin Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər. İlham Əliyev və Mehriban Əliyeva xəstəxananın rəmzi açılışını bildirən lenti kəsiblər.

    Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra prezident səhiyyə ocağının kollektivi ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib.

    İlham Əliyev və Mehriban Əliyeva Quba səfəri çərçivəsində şəhərdə 100 yerlik "Günəş” körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər. Dövlət başçısı və xanımı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsiblər.

    Bu gün həmçinin Qubada "ABAD Factory” İstehsalat Kompleksinin açılışı olub. İlham Əliyev və Mehriban Əliyeva kompleksin açılışında iştirak ediblər.

    Dövlət başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsiblər, burada yaradılan şəraitlə tanış olublar.

    PAYLAŞ:

    Oxşar xəbərlər