Ebru Gündeşi Azərbaycana kim gətirir, konsertin biletləri neçəyədir? - AÇIQLAMA

Ebru Gündeşi Azərbaycana kim gətirir, konsertin biletləri neçəyədir? - AÇIQLAMA
  • Mədəniyyət

  • Tanınmış türkiyəli müğənni Ebru Gündeş Azərbaycana gəlir.

    Asiya.az xəbər verir ki, bu haqda azxeber.com-a konsertin təşkilatçısı olan A.M. Prestige Production-un direktoru Leyla Xəlifəli məlumat verib.

    Onun dediyinə görə, konsert 3 noyabr tarixində Heydər Əliyev Sarayında baş tutacaq: "Konsertə çox az sayda bilet qalıb, Ebru Gündeşə ölkəmizdə böyük tələbat var. Biz də qərara gəldik ki, məhz onu ölkəmizə dəvət edək. Konsert yüksək səviyyədə baş tutacaq və tamaşaçılar həzz alacaq".

    O həmçinin bildirib ki, konsertə biletlər 80 manatdan 800 manata qədərdir: "Konsertin biletləri 80 manatdan başlayır. Ən baha bilet isə 800 manatdır. Biletləri şəhərimizin kassalarından və itciket.az saytından əldə etmək mümkündür".

    Qeyd edək ki, Ebru Gündeş sonuncu dəfə paytaxtımıza ötən ilin sentyabrında gəlmişdi. O, burada keçirilən toy məclisinə qatılmışdı.
    PAYLAŞ:

    Oxşar xəbərlər