İcra başçısı əməliyyat olundu: vəziyyəti necdir?

İcra başçısı əməliyyat olundu: vəziyyəti necdir? Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin səhhətində problem yaranıb.

Asiya.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Əhəd Abıyev Bakıda yerləşən klinikalardan birində böyrəyindən əməliyyat olunub. Onun urologiya şöbəsinə yerləşdiyi bildirilir. Əhəd Abıyev səhhətində yaranan problemlə əlaqədar olaraq hazırda məzuniyyətə çıxıb.

Məsələ ilə bağlı açıqlama verən Əhəd Abıyev əməliyyat olunduğunu təsdiqləyib:

"Böyrəyimə duz yığıldığı üçün, şiş əmələ gəlmişdi. Həmçinin böyrəyimdə kriatinin miqdarı artmışdı. Mərkəzi Gömrük Hospitalında əməliyyat olundum. Əməliyyatı lazerlə elədilər. İndi özümü yaxşı hiss edirəm. Şükür Allaha hər şey qaydasındadır”.

Oxşar xəbərlər