Hacı Surxay içki məclisində – Yenilənib- Foto

Hacı Surxay içki məclisində – Yenilənib- Foto
  • Sosial

  • Azərbaycanda tanınmış dindarın içki məclisindən fotosu tənqidə səbəb olub.

    Unikal.org-un əldə etdiyi məlumata görə, İçərişəhər “Cümə məscidi” dini icmasının sədri, ilahiyyatçı Hacı Surxay Həsənlinin işirak etdiyi məclisdə foto çəkilib.

    Hacı Surxay içki məclisində – Yenilənib- Foto

    Fotodan görünür ki, ilahiyyatçının qonaq olduğu stolda spirtli içki var.

    Məsələ ilə bağlı Hacı Surxayla əlaqə saxladıq. Danışmaq istəməyən ilahiyyatçı bu məsələnin başını buraxmağı məsləhət gördü.

    ***

    İçərişəhər “Cümə məscidi” dini icmasının sədri, ilahiyyatçı Hacı Surxay Həsənlinin spirtli içki içilən masanın arxasında çəkilən fotogörüntüsü sosial mediada müzakirələrə səbəb olub.

    Məsələ ilə bağlı Hacı Surxay danışmaq istəməyib.

    Məsələ ilə bağlı bizimyol.info-ya açıqlama verən ilhaiyyatçı Elşad Miri sözlərinə görə, “Qurani-Kərim”də spirtli içkinin içməyə görə cəzanın olmadığı bildirilib.

    “İlhaiyyatçının spirtli içki məclisində iştirak etməsini müzakirə edən şəxslər dini düşüncədən yoxsuldurlar. İslam peyğəmbəri büdpərəstlərin, Allaha ortaq qoşan şəxslərlə bir yerdə oturub onlara haqqı çatdırırdı. Halbuki Allaha şərik qoşmaq ən böyük günahdır. Amma “Qurani-Kərim”də spirtli içkinin içməyə görə cəza yoxdur. Ona görə də biz kimik ki içki məclisində olan şəxs haqqında fətva verək”.
    PAYLAŞ:

    Oxşar xəbərlər