Azərbaycanda deputat 400 min manata yeni avtomobillər aldı

Azərbaycanda deputat 400 min manata yeni avtomobillər aldı
  • Siyasət

  • İmamverdi İsmayılov Sumqayıtda bahalı villa tikdirir

    Bizimyol.info saytının əldə etdiyi məlumata görə Milli Məclisin deputatı İmamverdi İsmayılov özünə iki yeni bahalı avtomobil alıb. Onlardan biri 10 AA 706 dövlət nömrə nişanı olan S-Class Mersedes, ikincisi isə 10 EE 888 nömrə nişanlı Lexus-dur. Hər iki avtomobil son modeldir və ümumi dəyəri 400 min manatdır.

    Azərbaycanda deputat 400 min manata yeni avtomobillər aldı

    125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputat İmamverdi İsmayılov

    Bundan başqa, bizə çatan məlumata görə, İmamverdi İsmayılov Sumqayıtda özünə yeni bahalı villa da tikdirir. İndiyədək deputat bu villanın tikintisinə 700 min manat sərf edib.

    Məlumatları dəqiqləşdirmək üçün deputat İmamverdi İsmayılovun mobil yelefon nömrəsinə dəfələrlə zəng etsək də, telefonu açmadı.

    Xatırladaq ki, İmamverdi İsmayılov 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən artıq 25 ildir ki, deputat “seçilir”. Onun təkcə son iki maşınının qiymətinə 36 şəhid ailəsinin birdəfəlik müavinətini (hər birinə 11 min manat) ödəmək olardı.
    PAYLAŞ:

    Oxşar xəbərlər