Bakı polisi itkin düşən jurnalistlə bağlı məlumat yaydı

Bakı polisi itkin düşən jurnalistlə bağlı məlumat yaydı
  • Sosial / Manşet

  • İtkin düşən Kanal 13.tv internet televiziyasının əməkdaşı İsmayıl İslamoğlu tapılıb.

    Asiya.az xəbər verir ki, oktyabrın 26-da Şirvan rayon sakini, Nadirli İsmayıl İslam oğlunun itkin düşməsi ilə bağlı Yasamal RPİ 28-ci Polis Bölməsinə müraciət daxil olub.

    N.İsmayılın iş yoldaşı Lamiyə Orucova müraciətində vurğulayıb ki, N.İsmayıl oktyabrın 26-da saat 20 radələrində işdən evə getmək adı ilə çıxaraq, ünvana çatmayıb. Daxil olan müracət üzrə keçirilən əməliyyat-axtarış tədbirləri ilə itkin düşmə kimi qeydə alınan şəxsin yeri müəyyən edilərək Bakı şəhər Baş Polis İdarəsinə dəvət edilib, onunla profilaktik söhbət aparılmaqla ərazi üzrə 28-ci Polis Bölməsinə təhvil verilib.

    Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, sosial şəbəkələrdə və bəzi elektron informasiya vasitələrində N.İsmayılın polis tərəfindən tutularaq saxlanılması barədə söylədiyi fikirlər həqiqəti əks etdirmir.
    PAYLAŞ:

    Oxşar xəbərlər