Bu barədə Oxu.Az-a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib.
Qeyd edilib ki, Bəsti Dostəli qızı Eyvazova üç il əvvələ qədər Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 34 saylı Mənzil-Kommunal və Texniki Xidmət sahəsində çalışıb:
“Bəsti Dostəli qızı Eyvazova 2015-ci ildən orada çalışmırdı”.
Qeyd edək ki, qadın hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.
Hadisəni törədən sürücü saxlanılıb.
12:28
Səhər saatlarında Bakının “Neftçilər” metrostansiyası yaxınlığında qəza nəticəsində ölən süpürgəçi qadınının kimliyi məlum olub.
Bu barədə Oxu.Az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
O bildirib ki, qadın hadisə yerində həyatını itirib:
“Bu gün səhər saat 07:00-da paytaxtın Nizami rayonu Qara Qaryev prospektində “90-DX-135” dövlət nişanlı, “Hyundai” markalı avtomobili idarə edən Şirinov Vurğun Yavər oğlu həmin ərazidə təmizlik işləri aparan 1948-ci il təvəllüdlü Eyvazova Bəsti Dostəli qızını vurub. Qadın aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Hadisə ilə bağlı Nizami rayonu polis idarəsində cinayət işi qaldırılıb”.
10:37
Səhər saatlarında Bakının “Neftçilər” metrostansiyası yaxınlığında süpürgəçi qadını maşın vurub.
Oxu.Az xəbər verir ki, hadisə şahidinin sözlərinə görə, servis maşınının törətdiyi qəza nəticəsində təxminən 50 yaşlarında olan qadın dünyasını dəyişib.