Azərbaycanda dəhşət: 5 nəfər evdə yanaraq öldü, 4-ü uşaqdır – Təfərrüat

Azərbaycanda dəhşət: 5 nəfər evdə yanaraq öldü, 4-ü uşaqdır – Təfərrüat
  • Olay

  • Daşkəsən rayonunda dəhşətli yanğın hadisəsi olub.

    Asiya.az “Report”a istinadən xəbər verir ki, rayonun Quşçu kəndindəki evlərdən birində baş vermiş yanğın zamanı 5 nəfər həyatını itirib.

    Ölənlər arasında 1, 6, 8 və 11 yaşlı dörd uşaq var: Tağıyeva Sevinc Şahin qızı – 1990, Tağıyeva Aysun Asim qızı – 2010, Tağıyev Sakit Asim oğlu – 2012, Tağıyev Sadiq Asim oğlu – 2017, Ədilxanova Günel Qoşqar qızı – 2007.

    Yanğın 1970-ci il təvəllüdlü Quşçu kənd sakini Tağıyev Pənah Cəmil oğluna məxsus ümumi sahəsi 150 kvadratmetr olan fərdi evdə baş verib.

    Hadisə zamanı ev sahibi həyat yoldaşı Gəncə şəhərində xəstəxanada müalicə aldığı üçün onun yanında olub. Yanğın zamanı ölən 2007-ci il təvəllüdlü Ədilxanova Günel Qoşqar qızının anası, ev sahibinin qızı da anasının yanında olduğuna görə, övladını ata evinə aparıb və qardaşı Asim Tağıyevin yanına qoyub. Dünən axşam saatlarında isə Asim mal-qarasının gəlmədiyini görüb, meşəyə heyvanatın dalınca gedib. Lakin mal-qaranı orada tapmayan Asim gecə saatlarında onları axtarmağa başlayıb və bu səbəbdən yanğın zamanı evdə olmayıb.

    Yanğın baş verən zaman evdə onun həyat yoldaşı Sevinc Tağıyeva, 3 övladı və 1 baldızı qızı olub. Qadın və uşaqlar yatdığı üçün yanğından xəbərləri olmayıb. Yanğın evdə quraşdırılan odun sobasından başlayaraq evə yayıldığı ehtimal edilir.

    Yanğın zamanı ev tamamilə yararsız vəziyyətə düşüb və ətrafdakı qonşular yanğından yalnız evin çardağında olan materialın (şiferin) parçalandığı an səsinə oyanıblar. Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb və yaxınlıqda olan 2 tövlə yanğından mühafizə edilib.

    Yanğının başvermə səbəbləri hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

    Fövqəladə Hallar Nazirliyi (FHN) Daşkəsəndə 5 nəfərin ölümü ilə nəticələnən yanğın barədə rəsmi məlumat yayıb.

    Asiya.az xəbər verir ki, məlumatda bildirilib ki, Daşkəsən rayonunun Quşçu qəsəbəsində ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və yaxınlıqda olan 10 ton ot bağlaması yanıb.

    Yanğının kəşfiyyatı zamanı 1990-cı il təvəllüdlü Tağıyeva Sevinc Şahin qızı, 2010-cu il təvəllüdlü Tağıyeva Aygün Asim qızı, 2012-ci il təvəllüdlü Tağıyev Sakit Asim oğlu, 2017-ci il təvəllüdlü Tağıyev Sadiq Asim oğlu və 2007-ci il təvəllüdlü Edilxanova Günel Qoşqar qızının meyitləri aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər