“Qəbələ”nin məşqçisi faciəvi şəkildə öldü

“Qəbələ”nin məşqçisi faciəvi şəkildə öldü
  • İdman / Olay

  • Qəbələ rayonunda "Toyota” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

    Asiya.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Onlar avtomobildə sıxışıb qalan sərnişin, 1974-cü il təvəllüdlü Musayev Teymur Siracəddin oğlunun meyitini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

    Dünyasını dəyişən şəxsin "Qəbələ" Futbol Akademiyasının qapıçılarla iş üzrə məşqçisi olduğu müəyyənləşib. Akademiyanın direktor müavini Nail Kərimovun "Report"a verdiyi məlumata görə, hadisə Qəbələ şəhərində baş verib. O bildirib ki, Teymur Musayev tanışının idarə etdiyi maşının yol kənarındakı dirəyə çırpılması nəticəsində ölüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər