Azərbaycan Türkiyədən milyonluq silahlar aldı

Azərbaycan Türkiyədən milyonluq silahlar aldı Türkiyənin Müdafiə və Aviasiya Sənayesi Nazirliyi bu ilin 10 ayı ərzində ən çox silah ixrac etdiyi ölkələrin siyahısını açıqlayıb.

Asiya.az xəbər verir ki, Azərbaycan siyahıda 9-cu pilləni tutur.

Belə ki, Azərbaycan bu il qardaş ölkədən 31 milyon 229 min dollar silah alıb.

1. ABŞ: 579 milyon 100 min dollar
2. Almaniya: 185 milyon 502 min dollar
3. Omman: 150 milyon 514 min dollar
4. Hindistan: 67 milyon 6 min dollar
5. Hollandiya: 64 milyon 533 bin dollar
6. Böyük Britaniya: 47 milyon 615 min dollar
7. Polşa: 44 milyon 289 min dollar
8. Fransa: 43 milyon 43 min dollar
9. Azərbaycan: 31 milyon 229 min dollar

Oxşar xəbərlər