Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin olundu - SƏRƏNCAM- Dosye- Yenilənib

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin olundu - SƏRƏNCAM- Dosye- Yenilənib
  • Siyasət / Manşet

  • Prezident İlham Əliyev Eldar Əzizovla bağlı sərəncam imzalayıb.

    Asiya.az xəbər verir ki, sərəncamla Eldar Əziz oğlu Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

    Asiya.az Bakının yeni merinin dosyesini təqdim edir:

    Əzizov Eldar Əziz oğlu 28 iyun 1957-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Həmin ildən başlayaraq, Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışıb.

    Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin olundu - SƏRƏNCAM- Dosye- Yenilənib

    1980-ci ildə “Şərəf nişanı”, 2017-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə layiq görülüb.

    1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun birinci katibi, 1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifələrinə seçilib.

    1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə xalq deputatı seçilib, 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyib.

    1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında Beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı Şəhər İcra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin martından Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb.

    Azərbaycan Respublikasının Prezidentinin 16 iyul 2018-ci il tarixli sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunub.

    Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Memarlar İttifaqının fəxri üzvü, “Difai” kitabının və 200-dən artıq məqalənin müəllifidir, eyni zamanda, Bakı Şəhər Deputatlar Sovetinin üzvü seçilib. Ailəlidir, iki övladı var.
    PAYLAŞ:

    Oxşar xəbərlər