Prezident Əli Həsənova yeni vəzifə tapşırdı

Prezident Əli Həsənova yeni vəzifə tapşırdı
  • Siyasət / Manşet

  • Prezident İlham Əliyev Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

    Asiya.az xəbər verir ki, sərəncamda deyilir ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Dünya dövlətləri narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını və narkomanlığın müalicəsi metodlarını təkmilləşdirirlər.

    Azərbaycan Respublikası müstəqilliyini bərpa edəndən bəri dövlət quruculuğu, siyasi, iqtisadi, sosial və digər sahələrdə həyata keçirilən islahatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə üzrə beynəlxalq standartlara uyğun institusional və qanunvericilik tədbirləri həyata keçirilmiş, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq münasibətləri qurulub.

    Narkotiklərlə Mübarizə üzrə Beynəlxalq Konfransınqərarına əsasən, Azərbaycan 2019-cu ildə bu mötəbər qurumun növbəti konfransına ev sahibliyi edəcəkdir. Belə bir qərarın qəbul olunması ölkəmiz üçün olduqca mühümdür və beynəlxalq təşkilatlarla tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir.

    Sərəncamda qeyd olunur ki, Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu il 16-18 aprel tarixlərində Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

    Təşkilat Komitəsinin sədri
    Əli Həsənov - Azərbaycan Respublikası Baş nazirinin müavini

    Təşkilat Komitəsi sədrinin müavini
    Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri

    Təşkilat Komitəsinin üzvləri
    Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri
    Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri
    Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri
    Fikrət Məmmədov - Azərbaycan Respublikasının ədliyyə naziri
    Ceyhun Bayramov - Azərbaycan Respublikasının təhsil naziri
    Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri
    Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət naziri
    Zakir Qaralov - Azərbaycan Respublikasının Baş prokuroru
    Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
    Mədət Quliyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
    Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
    Nuşirəvan Məhərrəmov - Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri
    Azay Quliyev - Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı
    Fidumə Hüseynova - Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini
    Rauf Zeyni - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti.

    Bu sərəncamla yaradılan Təşkilat Komitəsi 2019-cu il 16-18 aprel tarixlərində Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın Bakı şəhərində keçirilməsinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək.

    Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər