"Avtoş" Cabirin güllələnərək öldürülməsi ilə bağlı YENİ FAKTLAR – İKİ QARDAŞ HƏBS EDİLDİ

"Avtoş" Cabirin güllələnərək öldürülməsi ilə bağlı YENİ FAKTLAR – İKİ QARDAŞ HƏBS EDİLDİ
  • Hadisə

  • Noyabrin 17-də Bakı şəhərinin Şüvəlan qəsəbəsində Babayev Cabir Yaşar oğlunun güllələnərək öldürülməsi hadisəsi ilə bağlı daha bir nəfər tutulub.

    Asiya.az xəbər verir ki, publika.az-ın əldə etdiyi məlumata görə, 2 nəfər güllələnib. Polisə gələrək C.Babayevi qətlə yetirdiyini etiraf edən Şərifov Vüqar Bəxtiyar oğlunun kiçik qardaşı Ehtiram da polis tərəfindən tutulub. Belə ki, hadisə şahidləri Bakının məşhur “avtoş”larından olan Cabirin Vüqar deyil, Ehtiram tərəfindən güllələndiyini deyiblər. Məlumata görə, Cabirin dostu Vüqarın qardaşı Ehtiramın üzünə “şram” atıb. İki qardaş Cabir Babayevin dostu olan həmin şəxsdən intiqam almaq qərarına gəliblər və onu tapıblar. Bu zaman Cabir də həmin yerdə olub və dalaşan şəxslərə mane olmaq istəyərkən güllə ona dəyib.

    Qeyd edək ki, Cabir Babayev “Cabir 012” adı ilə tanınıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər