Azərbaycanda kriminal avtoritet başından güllələndi-Yenilənib

Azərbaycanda kriminal avtoritet başından güllələndi-Yenilənib
  • Hadisə

  • Saatlı rayonunun Azadakənd kəndində kriminal avtoritet kimi tanınan şəxs tapança ilə güllələnərək qətlə yetirilməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

    Asiya.az-ın Publika.az-a istinadən əldə etdiyi məlumata görə, 1967-ci il təvəllüdlü kənd sakini Əkbərov Oktay Saleh oğlu 2 ay imiş ki, Rusiyadan Azərbaycana qayıdıbmış və doğulduğu kənddə yaşayırmış. O, uzun müddət Rusiyada həbsxanada olub. Sonuncu dəfə 8 il müddətində Rusiyada cəza çəkən O.Əkbərov həbsdən çıxan kimi Azərbaycana qayıdıbmış.

    Bildirilir ki, qətl hadisəsi ötən gecə saat 00 radələrində baş verib.

    Hələlik şəxsiyyəti məlum olmayan şəxs və ya şəxslər O.Əkbərovun başına tapança ilə 2 dəfə atəş açaraq onu öldürüb.

    Hazırda əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

    ***

    Saatlı rayonunun Azadakənd kəndində kriminal avtoritet kimi tanınan şəxs tapança ilə güllələnərək qətlə yetirilib.

    Asiya.az “Report”a istinadla xəbər verir ki, 1967-ci il təvəllüdlü kənd sakini Əkbərov Oktay Saleh oğlunun başında 2 güllə yarası olan meyiti ona məxsus BMW markalı avtomobildə aşkar edilib.

    Meyit müayinə olunmaq üçün Sabirabad morquna təhvil verilib.

    Onun kim tərəfindən qətlə yetirildiyi məlum deyil.

    Adıçəkilən şəxsin dəfələrlə məhkumluq həyatı yaşadığı qeyd olunur.

    Faktla bağlı Saatlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

    Bundan əvvəl Cəlilabadda silahlı insidentə görə saxlanılan kriminal avtoritetin həbs müddəti uzadılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər