Elmira Süleymanovanın maaşı artırıldı - RƏSMİ

Elmira Süleymanovanın maaşı artırıldı - RƏSMİ
  • Siyasət / Manşet

  • İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) maaşı artırılıb.

    Asiya.az xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” qanunun 16-cı maddəsinə (Müvəkkilin sosial, maliyyə və digər təminatları) dəyişiklik edilir.

    Dəyişikliyə görə, Müvəkkil 2230 manat məbləğində aylıq əməkhaqqı alacaq. Məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

    Qeyd edək ki, hazırkı qanunvericilikdə müvəkkil 2025 manat məbləğində aylıq əməkhaqqı alır. Dəyişiklik 2019-cu il mayın 1-dən tətbiq ediləcək.
    Layihə səsə qoyularaq qəbul edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər