“Zapravka”dakı partlayışda yaralananların vəziyyəti necədir? - Bakıdan həkim briqadası gedib

“Zapravka”dakı partlayışda yaralananların vəziyyəti necədir? - Bakıdan həkim briqadası gedib
  • Olay

  • Tərtər rayonunda yanacaqdoldurma məntəqələrinin birində baş verən partlayış nəticəsində yaralanan şəxslərin vəziyyəti ağırdır.

    Bu barədə azxeber.com-a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hadisə zamanı xəsarət alan iki nəfər rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onlardan birinin bədən səthi 100, digərinin isə 70-80 faiz yanıb. Bununla bağlı həkim briqadası Bakıdan Tərtərə yola düşüb.

    Bundan başqa, partlayış nəticəsində yaralanan şəxslərin adları məlum olub.

    "Report"un yazdığına görə, bunlar 1966-cı il təvəllüdlü Seymur Rzayev və 1995-ci il təvəllüdlü Əsgər Məmmədovdur.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər