Bu meyvəni yeyən hamilə qalır

Bu meyvəni yeyən hamilə qalır Düzgün qidalanma sağlamlığı, sağlamlıq isə hamilə qalma şansını artıra bilir. Bunun üçün hamilə olmaq üçün müalicə alan qadınlar düzgün qidalardan istifadə etməlidirlər.

Harvard universitetinin tibb fakultəsi apardığı araşdırma nəticəsində maraqlı nəticə əldə ediblər. 147 qadın arasında aparılan təcrübədən aydın olub ki, hamilə qalmaq üçün müalicə edən qadınlar çoxlu avokado ilə zeytun yağı yeyərlərsə, onlarda uşaq sahibi olmaq şansı 3 dəfə çox olar.

Bundan başqa, aparılan araşdırmalar nəticəsində folik turşularının hamiləlik üçün ən önəmli vitaminlərdən biri olduğu bildirilir. Folik turşuları isə bir çox qidaların tərkibində yer alır:

Portağal - Portağalın tərkibində də folik turşuları çox zəngindir. Portağalın suyunu da içə bilərsiniz. Bir stəkan portağal suyu bir günlük folik ehtiyacının 20 faizini ödəyir.

Pomidor suyu - Pomidor suyunda da folik turşusu çoxdur. Səhərlər günə pomidor suyu içərək də başlaya bilərsiniz. Pomidor suyu yerinə, təzə pomidorlardan hazırlanmış pomidor şorbası ilə də folik turşusu ehtiyacınızı ödəyə bilərsiniz.

Brokoli - Möcüzə tərəvəz olan brokoli folik turşuları ilə də olduqca zəngin qidadır. 1 boşqab brokoli yediyiniz zaman gündəlik folik turşu ehtiyacınızı ödəyə bilərsiniz.

Yumurta
- Yumurta da hamilə qalmaq istəyən qadınlara olduqca faydalıdır. Çünki o da folik turşusu ilə zəngin qidalardan hesab olunur. (Axşam.az)

Oxşar xəbərlər