Qurban Qurbanov istefa verdi: Rəşad Sadıqov və daha 2 baş məşqçi istefaya göndərildi

Qurban Qurbanov istefa verdi: Rəşad Sadıqov və daha 2 baş məşqçi istefaya göndərildi
  • Manşet / İdman

  • Qurban Qurbanov milli komandadan istefa verib.

    Asiya.az xəbər verir ki, bu barədə mütəxəssis özü AFFA İcraiyyə Komitəsinin iclasından sonra açıqlma verib. İcraiyyə Komitəsi Qurbanovun istefasını qəbul edib.

    "Mənim məsələm həll olundu. Milli ilə yollarımız ayrıldı. Klub və millidə çalışmağımın səhv olduğu bildirildi. Çalışdım ki, vicdanla işimi görüm. Məşqçi işi elədir ki, hər zaman çamadanın yanında olmalıdır.

    Altı illik müqavilə bağlasaq da, əməkdaşlıq qısa çəkdi. Mən millini "Qarabağ”dan ayırmadım. Hər şey qarşılıqlı oldu. Nə göndərildim, nə istefa verdim. Bura gələrkən belə olacağını təxmin etmişdim. Düşünmürəm ki, federasiya yeni baş məşqçi seçimində səhvə yol versin. Ümumiyyətlə, heç vaxt AFFA-nı səhv qərarda suçlamamışam”, - deyə Qurbanov bildirib.

    Azərbaycanın aşağı yaş qruplarının baş məşqçiləri istefaya göndərilib.

    Asiya.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasından sonra əsas millinin baş məşqçisi postundan istefa vermiş Qurban Qurbanov bildirib.

    Qurban Qurbanov istefa verdi: Rəşad Sadıqov və daha 2 baş məşqçi istefaya göndərildi

    Mütəxəssis bildirib ki, iclasda digər baş məşqçilər də postundan ayrılıb. Bununla da Rəşad Sadıqovun U-20 və U-21 Zaur Həşimovun U-18, Ramin Quliyevin isə U-17 millisindəki fəaliyyəti başa çatıb.

    Yalnız U-19-un baş məşqçisi Vüqar Məmməd fəaliyyətini davam etdirəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər