Cənub bölgəsinin gənc prodüsseri Mərhəmət Lələyev- Onu siz də tanıyın

Cənub bölgəsinin gənc prodüsseri Mərhəmət Lələyev- Onu siz də tanıyın
  • Hadisə

  • Bu yazımızda sizə Masallı rayonunda doğulub, boya-başa çatan gənc bir istedadın Mərhəmət Lələyevin keçdiyi həyat yolundan bəhs etmək istəyirik.

    Asiya.az xəbər verir ki, Lələyev Mərhəmət Ataxan oğlu 1997-ci il fevarl ayi 1-də Masalli rayonunun Hiskədərə kəndində anadan olub. 1998-ci ilde ailəsi ilə birlikdə Masalli rayonunda yaşamağa başlamişdir .

    Uşaq yaşlarindan musiqiyə, incəsəntə , aktyorluğa böyük həvəsi olub. 2003-cü ildə Masallı şəhər 3 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2007 ci ildə rayonda keçirilən ingilis dili yarışmasında 1-ci yeri tutub, diplom və fəxri fərmanla təltif edilib. 2009 cu ildə Masallı rayon Uşaq İncəsənət məktəbinin xalq çalğı alətlərindən tar şöbəsinə və muğam şöbəsinə daxil olub, təhsil almağa başlayıb. Gözəl səsi və yaxşı tar ifası var.

    Təhsil illərində bütün rayon tədbirlərində yaxından iştirak edib. 2013 cü ildə hər iki məktəbin məzunu olur. 2014 cü ildə Yeni Azərbaycan Partiyası Masallı rayon Təşkilatının üzvü olur.

    2014 cü ilin mart ayında Nizami Gəncəvi adına Masallı rayon mədəniyyət mərkəzinə dəvət alır və Masallı Xalq Teatrında aktyor kimi fəaliyyət göstərməyə başlayır.

    2015 ci il 31 mart Xocali soyqırımına həsr olunmuş “Xocalıdan gələn səslər” adlı tamaşasında komandir obrazını yaratdığına görə və həmin tamaşaya qurluş verdiynə görə Masallı Regional Mədəniyyət və Turizim İdarəsinin direktoru Vəkil İsmayılov tərəfindən diplomla təltif edilir.

    2015-ci ildə tamaşalarda iştirak edir və qastrol səfərlərində olur. Oynadığı rollar: yazıçı N. Ədiloğlunun “Şəhidlər anası” tamşasında əsgər, H.M.İ.Hüseynzadənin “Xocalıdan gələn səslər” tamaşasında komandir. “Kəlbəcərin işğalı” tamaşasına isə quruluş verib. Milli qəhrəman Mübariz İbrahimova həsr olunmuş “Ölümümə inanma , ana” adlı tamaşaya quruluş verib və tədbiri yüksək səviyyədə hazırladığına görə Masallı Rayon Təhsil Şöbəsi tərəfindən diplomla təltif olunub.

    2016 ci il N. Ədiloğlunun “Şəhidlər anası” tamşası 4 cü teatır mövsümü festfalına dəvət alır və Masallı Xalq Teatrının aktyor heyəti Akademik Musiqili Dövlət Dram Teatrının səhnəsində Nurəddin Ədiloğlunun “Şəhidlər anası” pyesiylə çıxış edirlər və bu tamaşa 4-cü teatır mövsümündə 1-ci yerə laiq görülür .

    2017-ci ilin yanvar ayında yeni ildə Lənkranada kimsəsiz uşaqlar evində Yeni il proqramı hazırlayır ve kimsəsiz uşaqlar üçün konsert proqramı təşkil edir. Novruz ve Yeni il bayramlarında müxtəlif rayonlarda hərbi hissələrdə əsgərlər qarşısında çıxış edib ve konsert proqramı təşkil etmişdir.

    2017-ci il 1 fervral –Azərbaycan Gənclər Günündə Masallı Regional Mədəniyyət ve Turizim mərkəzində keçirilən Gənclər Günündə Masallı Rayon Müharibə Əmək ve Silahlı Qüvvələr Veteranları Təşkilatı sədri, ehtiyatda olan polkovnik Məmmədağa Şiriyev tərəfindən gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyyəsi sahəsindəki fəaliyətinə və Azərbaycan Gənclər Günündə anadan olmasının 20 illiyi münasibətiylə fəxri fərmanla təltif edilir.

    Cənub bölgəsinin gənc prodüsseri Mərhəmət Lələyev- Onu siz də tanıyın

    “Dost”, “Ay gidi dünya”, “Məhəbbət”, “Sən gəlin köçəndə”, “Qarabağ” və s. şerlərinin müəllifidir. Hazırda “Yeni həyat” qəzetində müxtəlif yazıları dərc olunur ve həmin qəzetdə könüllü jurnalist kimi fealiyyət göstərir. “Cənub xəbərləri” qəzetində fotomüxbir kimi fəaliyyət göstərib. 2017 ci ildən başlayaraq Masallının keçmiş tarixi, gələcəyi ve rayonun tanınmış şairləri və alimləri haqqında video material hazır edir.

    2018-ci ildə “İstedadları axtarırıq” adlı birlik yaratmışdır və həmin birliyin rəhbəridir. Hazırda Masallı Regional Mədəniyyət ve Turizim Mərkəzinin Masallı Xalq Teatrının üzvü və həmin teatrın baş prodüsseridir.
    PAYLAŞ:

    Oxşar xəbərlər