Məktəblinin konfetdən zəhərləndiyi iddia edildi - Araşdırma aparılır

Məktəblinin konfetdən zəhərləndiyi iddia edildi - Araşdırma aparılır
  • Sosial

  • Müğənni Elnarə Xəlilova valideynlərə müraciət edərək onları konfet alarkən diqqətli olmağa çağırıb. Belə ki, sənətçi övladının sinif yoldaşının konfetdən zəhərləndiyini bildirib.

    Asiya.az xəbər verir ki, məsələ ilə bağlı Open.az-a açıqlama verən AQTA-nın mətbuat xidmətinin rəhbəri Mansur Priyev bildirib ki, məlumat artıq mediyadan götürülərək qeydə alınıb: "Araşdırılması üçün aidiyyatı üzrə yönləndirilib. Vətəndaşlardan xahiş edirik ki, bu kimi faktlarla qarşılaşan zaman dərhal Agentliyin 1003 Qaynar xəttinə zəng edib ətraflı məlumatlar versinlər. Bu zaman plandankənar araşdırmalar həyata keçirilir və aidiyyəti üzrə tədbirlər görülür".
    PAYLAŞ:

    Oxşar xəbərlər