Masallıda 1 həftədə Fövqəladə Hallar Nazirliyinin 2 işçisi intihar edib

Masallıda  1 həftədə Fövqəladə Hallar Nazirliyinin 2 işçisi intihar edib
  • Olay

  • İntihar edənlərdən birinin xeyli kredit borcu olduğu bildirilir

    Dekabr ayının son həftəsində - 6-sı və 9-da Fövqəladə Hallar nazirliyinin Masallıdakı Yanğından Mühafizə Dəstəsinin 2 əməkdaşı özünü asıb. 1-ci hadisə Masallı rayonun Həsənli kəndində baş verib. 32 yaşlı, bir neçə uşaq atası, FHN Masallıdakı YMD-nin işçisi Eminov Elşad Qismət oğlu həyətlərindəki tövlədə özünü asıb. Onun kifayət qədər əmək haqqı olub, eləcə də iqtisadi cəhətdə çətin durumda yaşamadığı bildirilir. Lakin E. Eminovun son vaxtlar çox əsəbi, aqressiv olduğu barədə də söhbətlər dolaşır.

    2-ci hadisə isə Masallı rayonun Türkoba kənində baş verib. 1981-ci il təvəllüdlü, 2 uşaq atası, hazırda FHN Masallı YMD-nin işçisi Quliyev Ramin Rabid oğlu 9 dekabr 2018-ci ildə həyətlərindəki hamamda özünü asıb.

    Xatırladaq ki, Ramin Quliyev bundan əvvəl, təxminən 5 il öncə İmişli yolunda avtomobil qəzasına düşmüş, həmin qəzada 3 qohumu rəhmətə getmiş, hazırda intihar edən Ramin isə ağır yaralanaraq, hər 2 ayağından ciddi zədə almışdır.

    Ərazidə dolaşan söhbətlərə görə Ramin Quliyev yüksək maaş aldığından özünün və iş yoldaşlarının adına xeyli miqdarda kredit götürmüş, eləcə də yaxınlarından borc almış və həmin pulların qaytarılması problemə çevrilmişdir.

    Bir məlumatı da xatırladaq ki, Ramin Quliyevin atası Rabid Quliyev uzun müddət qonşuları ilə çox kəskin yol mübahisəsi, dəfələrlə məhkəmə çəkişmələri, dava-dalaşlar olmuş və bu işlərdə onun xeyli pulları xərclənmişdir.

    Bütün hallarda hər iki gəncə Allah rəhmət etsin deyir, yaxınlarına səbir diləyirik. (cenubxeberleri.com)
    PAYLAŞ:

    Oxşar xəbərlər