Deputat Kamran Nəbizadə Eynulla Fətullayevlə bu sözə görə dalaşıb

Deputat Kamran Nəbizadə Eynulla Fətullayevlə bu sözə görə dalaşıb
  • Sosial / Manşet

  • Milli Məclisin deputatı Kamran Nəbizadənin restoranda kiminlə dava etdiyi məlum olub.

    Deputat Kamran Nəbizadənin Bakı restoranlarından birində dava salması haqda məlumatı Eynulla Fətullayevin virtualaz.org saytı yayıb. Həmin məlumatda insidentin Fətullayevin gözü qarşısında baş verdiyi xüsusi vurğulanıb.

    Deputat Kamran Nəbizadə Eynulla Fətullayevlə bu sözə görə dalaşıb

    Bu xəbəri dəqiqləşdirmək istədiyimiz Kamran Nəbizadə zənglərə cavab verməsə də, Yenicag.az deputatın iştirakı ilə baş vermiş dava-dalaşın təfərrüatlarını öyrənə bilib.

    Əldə etdiyimiz məlumata görə, dava deputatla məhz (!) Eynulla Fətullayevin arasında baş verib. Qeyd olunur ki, Kamran Nəbizadə, daha bir neçə deputat və Fətullayev restoranda yeyib-içərkən, mübahisə düşüb. Bu zaman ona cavab qaytarmasından əsəbləşən Nəbizadə jurnalistlərin ünvanına uyğun olmayan sözlər deyib.

    Bildirilir ki, Nəbizadənin “Bütün jurnalistləri Qaşıqçı kimi qaşığın içində, “kislota”da əritmək lazımdır” sözlərinə Fətullayevin kəskin cavabı deputatla jurnalistin əlbəyaxa davaya çıxmaları ilə nəticələnib.

    Masa ətrafındakıların müdaxiləsindən sonra davanı sakitləşdirmək mümkün olsa da, Fətullayev öz iştirakını qabartmadan, insidenti ictimailəşdirib. (Yenicag.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər