Bakı metrosunda sərnişinlərə qənim kəsilən şəxslər tutuldu – Foto

Bakı metrosunda sərnişinlərə qənim kəsilən şəxslər tutuldu – Foto
  • Hadisə

  • Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın “28 May” metrostansiyasının platformasında cibindən “İphone 5S” markalı mobil telefonunun oğurlandığını bildirib.

    Asiya.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb.

    Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilib və o, “20 Yanvar” metrostansiyasında polis əməkdaşları tərəfindən saxlanılıb.

    Araşdırmalarla onun Zəngilan rayon sakini, əvvəllər də oğurluq və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Xəqani Cavadov olduğu müəyyən edilib.

    Bundan əlavə Abşeron rayon sakini olan qadının “Samsung” markalı mobil telefonunun metronun “Nizami” stansiyasında oğurlanması barədə daxil olmuş digər müraciətlə əlaqədar keçirilən əməliyyat tədbirləri nəticəsində isə oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Rafiq Allahverdiyev polis əməkdaşları tərəfindən metronun “28 May” stansiyasının yaxınlığına saxlanılıb.

    Hər iki faktla bağlı araşdırma aparılır.


    Bakı metrosunda sərnişinlərə qənim kəsilən şəxslər tutuldu – Foto
    Bakı metrosunda sərnişinlərə qənim kəsilən şəxslər tutuldu – Foto
    PAYLAŞ:

    Oxşar xəbərlər