Abel Məhərrəmovun yerinə təyinat- Nazir əmr imzaladı

Abel Məhərrəmovun yerinə təyinat- Nazir əmr imzaladı
  • Sosial / Manşet

  • Bakı Dövlət Universitetinin (BDU) rektoru səlahiyyətlərini təhsil nazirinin müavini Firudin Qurbanov icra edəcək.

    Asiya.az xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov Modern.az-a təsdiqləyib. Məlumata görə, bu barədə Təhsil naziri Ceyhun Bayramov bu gün əmr imzalayıb.

    Firudin Qurbanov BDU-nun icraçı rektoru vəzifəsini daşımaqla yanaşı, Təhsil Nazirliyindəki nazir müavini postunda da qalacaq.

    Qeyd edək ki, noyabrın 15-də Abel Məhərrəmov Prezidentin sərəncamı ilə BDU-nun rektoru vəzifəsindən azad edilib. Rektor səlahiyyətlərinin icrası isə 1 ay müddətinə universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilmişdi. Həmin müddət sabah başa çatır.

    Firudin Qurbanovun sabah – 22 dekabrda Bakı Dövlət Universitetinin kollektivinə təqdim ediləcəyi gözlənilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər