İsmayıllıda şok hadisə: yaşlı qadını kəndirlə boğub öldürdülər- Yenilənib

İsmayıllıda şok hadisə: yaşlı qadını kəndirlə boğub öldürdülər- Yenilənib
  • Hadisə

  • Asiya.az xəbər verir ki, publika.az-ın kənd sakinlərindən əldə etdiyi məlumata görə, Ə.Axundova əslən bu kənddən olsa da, illərdir ailəsi ilə birlikdə Bakıda yaşayır.

    Lakin kənddə ailənin evi var, hər il, əsasən yay aylarında, bəzən isə qışda gəlib evlərinə baş çəkirlər. Bir neçə gün əvvəl Ə.Axundova həyat yoldaşı ilə birlikdə kəndə gəlib. Dünən artıq Bakıya qayıtmalı imişlər. Valideynləri ilə əlaqə saxlaya bilməyən oğul Bakıdan kəndə gəlib və evdə anasının meyitini tapıb. Həmin vaxt evdə heç kim olmayıb.

    Dərhal 102 xidmətinə zəng vurub hadisə barədə xəbər verirb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. İlkin araşdırma zamanı evdən oğurluq olmadığı məlum olub.

    Meyit ekspertiza üçün İsmayıllı rayon Patoloji Anatomiya Mərkəzinə aparılıb.

    Məlumata görə, dünəndən qadının 77 yaşlı həyat yoldaşından heç bir xəbər yoxdur.

    Qadının əri tərəfindən öldürüldüyü ehtimal edilir.

    Kənd sakinlərinin sözlərinə görə, onlar çox mehriban ailə olublar, bu vaxta qədər ciddi problemləri olmayıb.

    ***

    Bakı sakini olan 65 yaşlı qadın İsmayıllıda qətllə yetirilib.

    Rayonun Gərabəyli kəndində Bakı şəhər sakini, 1953-cü il təvəllüdlü Əzizə Axundovanın meyiti onun həmin kənddə yerləşən evinin həyətində tapılıb.

    Müayinə zamanı Ə.Axundovanın kəndirlə boğularaq və baş nahiyyəsinə küt alətlə vurulması nəticəsində qətlə yetirildiyi məlum olub. Qətli törədən şəxs və ya şəxslər Ə.Axundovanın meyitini evin həyətində kol-kosların arasında gizlədiblər.

    Faktla bağlı İsmayıllı rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır. (report)
    PAYLAŞ:

    Oxşar xəbərlər