Bakıda 18 yaşlı tələbənin öldürülmə səbəbi bu imiş - FOTO

Bakıda 18 yaşlı tələbənin öldürülmə səbəbi bu imiş - FOTO
  • Hadisə

  • Xəbər verdiyimiz kimi, 18 yaşlı Rauf Murguzov aralarında yaranan mübahisə zamanı həmyaşıdı Elman Xəlilovu bıçaqlayaraq qətlə yetirib.

    Asiya.az xəbər verir ki, R.Murquzov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, E.Xəlilov isə Azərbaycan Texniki Universitetinin tələbəsi imiş.

    Eyni rayondan olan tələbələrin mübahisəsinə səbəb eyni qızı sevməkləri olub.

    Azərbaycan Texniki Universiteti bıçaqlanaraq öldürülən tələbə barədə məlumat yayıb.

    Universitetin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayevin Publika.az-a verdiyi məlumata görə, 2000-ci il təvəllüdlü Elman Elyar oğlu Xəlilov Nəqliyyat fakultəsinin II kurs tələbəsidir:

    “Bizdə olan qeyri-rəsmi məlumata görə, Elman uşaqlıq dostu Rauf İlqar oğlu Murquzov tərəfindən qətlə yetirilib. Bildirmək istərdik ki, hadisə dünən, 23 dekabrda istirahət günü universitetdən kənarda baş verib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

    Azərbaycan Texniki Universiteti olaraq tələbəmiz Xəlilov Elman Elyar oğlunun vəfatından kədərləndiyimizi bildirir, onun yaxınlarına dərin hüzünlə başsağlığı veririk”.

    Big.az bıçaqlanaraq qətlə yetirilən Elman Xəlilovun şəklini əldə edib.

    Bakıda 18 yaşlı tələbənin öldürülmə səbəbi bu imiş - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər