İmam: ""Merry Christmas" demək, cinayət törətməkdən daha pis bir şeydir"

İmam: ""Merry Christmas" demək, cinayət törətməkdən daha pis bir şeydir"
  • Dünya

  • Orta Şərqi Media Araşdırmalar İnstitutu Kanadada müsəlman gəncləri üçün mərasim təşkil edib.

    Asiya.az milli.az-a istinadla xəbər verir ki, dini mərasimdə şeyx Yunus Katharda çıxış edib. O, çıxışı əsnasında "Merry Christmas" (Milad bayramınız mübarək) sözünün cinayətdən daha pis bir şey olduğunu söyləyib.

    O, Yeni ili "səhv bayram" adlandırıb və yeni ili qeyd edən müsəlmanlara görə məyus olduğunu dilə gətirib.

    ""Merry Christmas" deyənlər kimlərdir? Onlar nəyi qeyd edirlər? Başçınızın doğulduğu günü qeyd edirsiniz? Bu müsəlmanlar üçün düzgündür? Siz onların (xristianları nəzərdə tutur) adətlərini qəbul edirsiniz? Belə deməklə onların dediklərini təsdiq etmiş sayılırsınız".

    İmam müsəlmanları bir-birini təbrik etməkdən çəkindirməyə səsləyib.

    "Mən deməmişəm və heç vaxt da demərəm ki, gedin onları öldürün. Xeyr, çünki Allah insanların mehriban yaşamasını buyurub".

    Yunusun çıxışı Tvitter-də qalmaqal yaradıb. İstifadəçilər bu sözlərinə görə imamı qınayıblar. Hətta, onun Kanadanı tərk etməsini də istəyənlər olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər